Newscenter.az.11.03.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinin tapşırığını yerinə yetirərək Novruz bayramı ərəfəsində müəyyən humanitar aksiyalar təşkil edir. Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, martın 11-də Füzuli rayonunda yaşayan məcburi köçkün ailələrdən olan məktəblilərə Dövlət Komitəsi tərəfindən gödəkçə və ayaqqabı paylanılıb.
Bu humanitar aksiya rayonun “Zoubucuq” və “Qayıdış” ərazilərində salınmış 16 qəsəbədə yerləşən məktəb və bağçaları əhatə edib. Məktəblilərə ümumilikdə 720 ədəd gödəkçə, uşaq bağçalarında tərbiyə alan balacalara isə 480 ədəd ayaqqabı paylanılıb.
Gödəkçə və ayaqqabılar Dövlət Komitəsinin Təchizat-istehsalat idarəsinin tərkibinə daxil olan Baza sənaye kombinatında azırlanıb. Bütün işçiləri məcburi köçkünlərdən ibarət olan Baza sənaye kombinatında hazırda məktəbli formaları tikilir.