Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da Novruz şənliyi təşkil olunub

 AzTU-da Novruz şənliyi təşkil olunub


Newscenter.az.13.03.2019. Azərbaycan Texniki Universitetində (AzTU) Novruz şənliyi keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki. şənliyi giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Xalıq Yahudov bu gözəl bayram münasibəti ilə universitet kolektivini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib. Son illər ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrların inkişafından söz açan rektor əvəzi, tələbələrə karyeralarında və həyatlarında uğur arzulayıb.

Təbrik çıxışından sonra professor Xalıq Yahudov universitetin həyətində qalanan Novruz tonqalını alovlandırıb.
Şənlikdə tanınmış müğənnilərin ifasında mahnılar səslənib və AzTU-nun yaradıcı tələbələri müxtəlif səhnəciklər nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər. Tələbələrin ifasında “Kosa”, “Keçəl”, “Bahar qızı” obrazları şənliyi daha da möhtəşəm edib.
Xəbəri paylaş