Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fermerlərə yüksək məhsuldar xaşa toxumları təqdim edilib

Fermerlərə yüksək məhsuldar xaşa toxumları təqdim edilib


Newscenter.az.13.03.2019. Dövlət Toxum Fondutərəfindən Rusiya Federasiyasından “Pesçanıy 1251” sortlu, birinci reproduksiyalı xaşa toxumu idxal olunub. Bu bitki sortunun toxumları ölkənin iqlim şəraitinə daha çox uyğun olmaqla yanaşı, quraqlığa davamlı və yüksək məhsul vermək xüsusiyyətinə malikdirlər. İdxal edilmiş toxumlarŞəki şəhərində yerləşən anbardan fermerlərə təklif olunur.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, fond tərəfindən təklif olunan bu toxumlar artıq Sabirabad, İsmayıllı, Quba və Saatlı rayonlarında fəaliyyət göstərən arıçılar və fermerlər tərəfindən əldə olunub.Satışı həyata keçirilən toxumların müşayətedici sənədləri və toxumluq olması barədə sertifikatları da var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.

Xaşa bitkisiölkəninsuvarılan aran vədağətəyi rayоnlarında dəmyə şəraitində əkilən çoxillik bitkidir.Bu bitkinin tərkibininprotein, zülal vəmineral maddələrlə zəngin olması, heyvandarlıqda onun yem kimi istifadəsini çox əlverişli edir. Xaşa bitkisi,həmçinin torpaq münbitliyinə istisna təsir göstərdiyi üçündənli və başqa kənd təsərrüfatı bitkilərinin əkinindəən yaxşı sələf funksiyasını yerinə yetirir. Bununla yanaşı, bu bitki nektar ifraz etməklə baltutan nektar mənbəyi sayılır və arıçılar tərəfindən geniş istifadə olunur.
Xəbəri paylaş