Newscenter.az.13.03.2019. “Tale Bağırzadə səsyazısında deyir ki, müxalifət bizə media verib, gəlin danışaq, insanları anarxiyaya səsələyək. Amma biz müxalifətə demişik ki, bir də bizim Xomeyni ağamıza dəyməyin, o bizim qırmızı xəttimizdir, müxalifət də bizimlə razılaşıb. Bu o deməkdir ki, müxalif media Xomeyni ağanın kölələrini reklam etməklə gələcək qurmaq istəyir”.
Newscenter xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə döktoru Əkrəm Həsənov səsləndirib. O, bildirib ki, onların bu istəyi reallıq olsa ölkə raidkal ekstremist dindarlarla dolub daşacaq: “Bu isə bizim ölkəyə lazım deyil”.