Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin hər bir vətəndaşa, hər bir sahəyə diqqət və qayğısının daha bir nümunəsi

Prezident İlham Əliyevin hər bir vətəndaşa, hər bir sahəyə diqqət və qayğısının daha bir nümunəsi


Newscenter.az.13.03.2019
. "Bir müddət əvvəl dövlət başçısı İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva teatr və kino xadimləri, sənətkarlarla geniş görüş keçirdi. Həmin görüşdə sənət adamları dinlənildi, problem və təkliflər müzakirə olundu. Və Prezident bu görüşdən dərhal sonra bir sıra önəmli Sərəncamlar imzaladı: Azərbaycan teatrlarının inkişafı ilə bağlı, Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi və sair haqqında. Ən son təsdiqlənən Sərəncam isə teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, maaşlarının artırılmasına yönəldi”.

Newscenter.az-ın xəbərinə görə, Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı deyib ki, dövlət başçısının sənət adamları ilə bərabər teatr müəssisələrində çalışanları da diqqətdə saxlaması böyük sevinclə qarşılanıb:

“Bu, Prezident İlham Əliyevin hər bir vətəndaşa, hər bir sahəyə diqqət və qayğısının daha bir nümunəsidir”.
Xəbəri paylaş