Newscenter.az.13.03.2019. “Türk Hava Yolları” aviaşirkətinə daxil olan 12 ədəd Boeing 737 MAX tipli sərnişin təyyarələri ilə həyata keçirilən uçuşlar ikinci qərara qədər dayandırılıb.
Bu barədə məlumat Newscenter.az-a “Türk Hava Yolları”nın Bakı ofisindən daxil olub. Bildirilib ki, sözügedən qərar 13 Mart 2019-cu ildən etibarən tətbiq olunacaq.