Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub

“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub


Newscenter.az.14.03.2019. Qarabağın tarixi abidələri - Tariximizin ARXİVİ! devizi altında “Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində silsilə sərgilərin keçirilməsinə başlanılıb

Newscenter.az-a daxil olan məlumata görə, bu tarixi abidələrimizin tanıdılması və gələcək nəsillərə ötürülməsi üçün“Al-Əlvan QARABAĞ 2” Qarabağın tarixi abidələrinin təsviri” layihəsi çərçivəsində yumurta qabığı üzərində rəsm sərgisi keçirilib. Həyata keçirilən layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin,Şəmkir Rayon Gənclər və İdman İdarəsinin, "Böyük Yol" Gənclər İctimai Birliyinin və Park Bulvar AVM-in tərəfdaşlığı ilə Şəmkir rayonunda ilk sərgisini keçirib.

Layihənin açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva və İcra hakimiyətinin nümayəndələri, Şəmkir regional Mədəniyyət və Turizm idarəsinin rəisi Höccət Əsədullayev, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri Tərlan Muxtarzadə və birliyin fəal gəncləri, eləcədə Şəmkir şəhərində fəaliyyət göstərən digər dövlət idarə və müəssisələrinin, ümumi və orta təhsil müəsisələrinin şagirdləri, özəl qurumların əməkdaşları və şəhərin fəal gəncləri iştirak etdilər.
Xəbəri paylaş