Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub


Newscenter.az.14.03.2019
. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerlə görüşüb.

Newscenter.az-a daxil olan məlumata görə, görüşdə startap layihələrinin reallaşdırılması, Yevlaxda inşası davam etdirilən Ehtiyat Data Mərkəzi, yaradılması nəzərdə tutulan İnnovasiyalar Laboratoriyası və İnnovasiyalar Mərkəzi üzrə texniki və ekspert dəstəyi məsələləri müzakirə olunub. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən işlərə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən ixtisaslı ekspert dəstəyinin göstərilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, İKT sferasında da qarşılıqlı əlaqələrin genişləndiyini vurğulayıb.

Ölkəmizdə İKT sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrə Birləşmiş Millətlər Təşkilatı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu layihələrin vacibliyinə toxunan UNDP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən xanım Eqqer ölkəmizlə uzunmüddətli tərəfdaşlığın faydalarından bəhs edib.

Daha sonra görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş