Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınmasını təsdiqləyib

Prezident ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınmasını təsdiqləyib


Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınacaq.

Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna edilən dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, qanunun təsdiqlənməsinə qədər prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi.

Sevinc Mehdiyeva
Xəbəri paylaş