Newscenter.az.30.03.2019. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avstriyanın paytaxtı Vyana şəhərində baş tutan görüşünü müsbət qiymətləndirib. Ermənistan baş naziri Vyana görüşünü irəliyə doğru atılan müsbət addım kimi dəyərləndirib.
Newscenter.az xəbər verir ki, Nikol Paşinyan bu sözləri Azərbaycan Prezidenti ilə keçirilən görüşdən sonra Avstriyada erməni diasporasının nümayəndələri ilə görüşdə deyib.