Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media nümayəndələrinin akkreditasiyasına başlanıldı

Media nümayəndələrinin akkreditasiyasına başlanıldı


Newscenter.az.2.04.2019. Bakı 2019 15-ci Avropa Gənclər Olimpiya Festivalına media işçiləri üçün akkreditasiya prosesi başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Təşkilat Komitəsi iyul ayının 21-dən 27-dək Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Olimpiya Festivalını işıqlandıracaq media nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edir. Bakı 2019 festivalında iştirak etmək istəyən media nümayəndələri eyofbaku2019.com saytının Media bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat əldə edib, akkreditasiyaya üçün müraciət edə bilərlər. (https://eyofbaku2019.com/az/page/media-accreditation)

Media nümayəndələri üçün burada akkreditasiyadan keçməklə bağlı qoyulan tələblər, eləcə də, oyunlar müddətində onlar üçün yaradılan şərait və təklif olunan xidmətlər barədə ətraflı məlumat öz əksini tapıb.
Onu da qeyd edək ki, media nümayəndələri dedikdə yazılı mətbuat, fotoqraflar və rəsmi (yayım hüququ olmayan) televiziya və radio şirkətləri nəzərdə tutulur. Müraciət üçün son tarix 15 may 2019-cu ildir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq.
Xəbəri paylaş