Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda daha bir yol təmir edilir

 Paytaxtda daha bir yol təmir edilir


Newscenter.az.5.04.2019. Yasamal rayonu Süleyman Dadaşov küçəsi təmir edilir. Newscenter.az-a daxil olan məlumata görə, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir.

Təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsası bərkidilir, yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına isə yeni səki daşları düzülür.
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.

Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.



Xəbəri paylaş