Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tonoyan başa düşdü ki, davakar ritorika Ermənistanın biabırçı məğlubiyyəti ilə nəticələnə bilər

Tonoyan başa düşdü ki, davakar ritorika Ermənistanın biabırçı məğlubiyyəti ilə nəticələnə bilər


Newscenter.az.8.04.2019. Bu yaxınlarda Nyu Yorkda “yeni müharibə - yeni ərazilərdir” bəyanatını səsləndirən və Azərbaycanı yeni müharibə ilə hədələyən Ermənistan müdafiə naziri David Tonoyan bu mövqeyindən geri çəkilib.

Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, "yeni savaş" deyib ABŞ-dan bizi hədələyən Tonoyanın öz ölkəsinə qayıdan kimi valı dəyişib sülhdən dəm vurması əvvəlcə böyük itlər kimi hürüb, sonra da küçük kimi zingildəməyə başlayan hibrid köpəkləri xatırlatdı:

“O ki qaldı səbəbə, fikrimcə, Prezident İlham Əliyevin “Müharibə hələ başa çatmayıb” mesajı, müdafiə naziri Zakir Həsənovun isə hədələyici cavabı və müharibə tapşırığı verməsi Tonoyanın geri çəkilməsinə səbəb oldu. Tonoyanın özü bunu açıq şəkildə etiraf etməsə də, amma onun “Biz müharibə arzulamırıq, Azərbaycanın hərbi-siyasi rəhbərliyi öz ordusunu sülhə hazırlamalıdır”, - deyərək rəsmi Bakının müharibəyə hazırlıq barədə səsləndirdiyi fikirləri şərh etməsi düşmən ölkənin 1 nömrəli hərbçisinin nə qədər dərin narahatlıq hissi keçirdiyini açıq şəkildə ortaya qoyur”.

Partiya sədrinin sözlərinə görə, Tonoyan başa düşdü ki, Azərbaycanı sözdə müharibə ilə hədələmək çılğın və ağılsız hərəkətdir: “Və onu da dərk etdi ki, bu davakar ritorika Ermənistanın biabırçı məğlubiyyəti ilə nəticələnə bilər”.
Xəbəri paylaş