Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Məmmədov fürsətçilərin lap başda gələnlərindən biridir

İlqar Məmmədov fürsətçilərin lap başda gələnlərindən biridir


Newscenter.az.25.04.2019. "Müxalifət liderləri hətta "İçərişəhər məsələsi"ndən də öz siyasi mənafeləri üçün istifadə etməyə çalışırlar. Əllərinə girəvə düşüb. Fürsətçilər"

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, İlqar Məmmədov da həmin fürsətçilərin lap başda gələnlərindən biridir:

"Adam İçərişəhərdə gedən tikinti ilə bağlı siyasi fikirlər səsləndirib. Deməli, qısa paylaşımının əvvəlində "daşa-divara görə ağlamayın" deyərək xalqa irad bildirən bu "müdrik" müxalifətçi sonda isə deyir ki, 18 ay (yəni ki, növbəti parlament seçkilərinə qədər) gözləyin, 18 aydan sonra REAL Partiyasına səs verin, biz həll edərik... Deyəsən, İlqar bəyin "müdrik"liyinin dozası biraz çox düşüb".
Xəbəri paylaş