Newscenter.az.29.04.2019. “Gürcüstanın sabiq müdafiə naziri İrakli Okuraşvili və Liberal Partiyasının sədri Şalva Natelaşvilinin məsuliyyətsiz açıqlamaları və bəyanatları iki ölkə vətəndaşları arasında ziddiyyət və qarşıdurma yaratmağa hesablanıb”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov səsləndirib. Təşkilat sədri bildirib ki, adıçəkilən şəxslərin məsuliyyətsiz çıxışları Gürcüstanın normal siyasi düşüncəyə malik şəxsləri, eləcə də rəsmi dairələri tərəfindən də etirazla qəbul edilib:
“Gürcüstandan olan aktiv siyasilərlə əlaqə yaradıb, müzakirılər aparmışam. Onların bu məsələlərə qarşı münasibəti mənfidir və bunu Azərbaycanla Gürcüstan arasında təxribata cəhd kimi dəyərləndiriblər. Həmin siyasilər bildirdilər ki, həm Okuraşvili, həm də Natelaşvili Gürcüstanda qeyri ciddi qəbul edilirlər. Gürcüstanın normal siyasiləri, rəsmi dairələri Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycan xalqına hörmətlə yanaşırlar. Hətta Gürcüstanın sıxıntı yaşadığı dövrlərdə Azərbaycanın gürcü xalqına dəstək verdiyini qeyd edirlər”.
Arzuman Abdulkərimov Okuraşvilinin erməni əsilli olduğunu da istisna etməyib: “İrakli Okuraşvilinin nəslinin soyadı Ohanesovdur. Bu bizə çox şeyi deyir. Okuraşvilinin erməni qanı, bağlılığı var. Şalva Natelaşvilnın isə Grücüstanda elə bir siyasi çəksii yoxdur və daha çox erməni millətindən olan Gürcüstan vətəndaşları ilə təmasda olur”.
Təşkilat sədri qeyd edib ki, bu hadisə Azərbaycana qarşı növbəti təxribatdır və antimmili ünsürlərin ölkəmiz əleyhinə hazırladıqları ssenarinin tərkib hissəsidir: “ Həm azərbaycanlıları, həm də Gürcüstanda yaşayan soydaşlarımızq bu məsələlərə soyuqqanlı yanaşmağı tövsiyə edirəm”.
Arzuman Abdulkərimov onu da bildirib ki, yaxın günlərdə QHT-lərin iştirakı ilə Gürcüstan səfirilyi qarşısında etiraz aksiyaları keçiriləcək və Şalva Natelaşvilinin Azərbaycan xalqından üzr istəməsi tələb ediləcək:
“Həmçinin yaxın günlərdə bir qrup QHT rəhbərinin iştirakı ilə Keşikçidağ qoruğuna gedəcəyik. Bununla bağlı müvafiq qurumlara müraciət olunacaq. Hesab edirəm ki, artıq Azərbaycan və Gürcüstanın QHT-lərinin birgə forumunun yaradılması zərurəti yaranır”.
Təşkilat sədri Azərbaycanın liberalları və din xadimlərinin vətəndaş mövqeyi ortaya qoyaraq baş verən proseslərə etiraz etmələrini arzu edib: “Azərbaycanda olan liberal fikirli insanlar nə üçün Şalva Natelaşviliyə cavab vermirlər?”.
İnqilab Süleymanov