Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yanacaqdaşıyan maşının partlaması 76 nəfərin həyatına son qoydu

Yanacaqdaşıyan maşının partlaması 76 nəfərin həyatına son qoydu


Newscenter.az.13.05.2019. Nigerin paytaxtı Niameydə, şəhərin hava limanına yaxın ərazidə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Newscenter.az" AFP-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı ölənlərin sayı 76 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin xəsarət alanların da sayı artaraq 40 nəfərə çatıb.

Belə ki, 50 tonluq yanacağı daşıyan avtomobil dəmiryol xəttində aşıb. İnsanlar benzin sızmasının qarşısını almaq istəyəndə partlayış baş verib.

Daha əvvəl hadisə zamanı 55 nəfərin həlak olduğu, 36 nəfərin yaralandığı bildirilirdi.
A.Tağıyev
Xəbəri paylaş