Newscenter.az.12.06.2019. Xaçmaz rayonundan Milli Məclisə deputat seçilmiş Eldəniz Səlimov seçiciləri ilə növbəti görüşünü keçirib.
Newscenter.az-a daxil olan məlumata görə, görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələlər barədə millət vəkilinə müraciət efiblər. Qəbulda əsasən məşğulluq, mənzil problemi, həmçinin bir sıra sosial və hüquqi məsələlər müzakirə edilib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Eldəniz Səlimov onların müraciətlərini qəbul edib.
Qəbul zamanı millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib. Qəbulda qaldırılan bəzi məsələlər yerindəcə həll olunub,diğər məsələlər isə nəzarətə ğötürülüb .