5 ton narkotik tərkibli bitki məhv edildi
Tarix: 24-06-2019, 10:21
Newscenter.az.24.06.2019. Şəki Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları “Xaş-xaş 2019” tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.