Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub



Newscenter.az.24.06.2019. Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Energetika Nazirliyindən Newscenter.az-a bildirilib ki, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir. Nazir deyib ki, Azərbaycandan fərqli olaraq Qazaxıstan, Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Argentina bir neçə dəfə namizəd kimi mübarizəyə qatılıblar. Dünya Neft Şurasında uzun illərdir təmsil olunmalarına və aktiv fəaliyyətlərinə baxmayaraq bu ölkələrlə müqayisədə Azərbaycan ilk dəfədən belə bir səs çoxluğu qazana bildi.

Energetika naziri kifayət qədər güclü namizədlər arasından ölkəmizə belə bir münasibəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi güclənən strateji mövqeyi ilə izah edib.
Xəbəri paylaş