Newscenter.az.24.06.2019. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 iyun 2019-cu il tarixində Şəki şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Şəki və Qax rayonları sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyun 2019-cu il tarixində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-dan başlayacaq.
Newscenter.az xəbər verir ki, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 27 iyun 2019-cu il tarixində Balakən şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Balakən rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 27 iyun 2019-cu il tarixində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 27 iyun 2019-cu il tarixində Zaqatala şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Zaqatala rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 27 iyun 2019-cu il tarixində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.