Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İƏT Gənclər Forumu xüsusi sessiya keçirib



Newscenter.az.24.06.2019. Portuqaliyanın paytaxtı Lissabon şəhərində 21-23 iyun tarixlərində Lisboa+21 Gənclər Nazirlərinin Dünya Konfransı və Gənclər Forumu keçirilib. 150-dən artıq ölkənin nümayəndələrinin, o cümlədən, 50-sinin nazir və ya nazir müavini səviyyəsində, ümumilikdə 800-ə yaxın iştirakçının iştirak etdiyi konfrans Portuqaliya hökuməti və BMT tərəfindən təşkil olunub.

Newscenter.az xəbər verir ki, dünyada gənclərlə bağlı mövcud məsələləri əhatəli və yüksək səviyyədə müzakirədə edən konfransın işində iştirak edən İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) təmsil etdiyi regionun gəncləri üçün “Gənclər və Hökumətlərin dayanaqlı inkişaf üçün sülh və təhlükəsizliyə nail olmaq uğrunda birgə fəaliyyəti” adlı xüsusi sessiya təşkil edib. Konfransın rəsmi proqramına daxil edilən sessiyada həm hökumət nümayəndələri, həm də gənc nümayəndələr çıxışçı kimi iştirak etdilər. Pakistanın Baş Nazirinin Gənclər məsələləri üzrə xüsusi köməkçisi Usman Dar, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Rumıniya Gənclər və İdman Nazirinin müavini Kristina Androniç sessiyada çıxış edərək təmsil etdikləri ölkələrdə gənclərlə bağlı görülən işlər, əldə edilən nailiyyətlər və həmçinin gələcək planlarla bağlı məlumat veriblər. Bundan əlavə, Pakistan, Azərbaycan və Rumıniyanın gənclər nümayəndələri sessiyada çıxış ediblər. Sessiyada Azərbaycanı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova təmsil edib.

Yuxarıda qeyd olunan sessiyanın təşkilatçısı İƏGF Avrasiya Regional Mərkəzi adından Lisboa+21 Gənclər Nazirlərinin Dünya Konfransında iştirak edən Mərkəzin Baş Direktoru Elməddin Mehdiyev yüksək səviyyədə təşkil olunmuş konfransın dünyada gənclərlə bağlı mövcud problemləri, bu sahədə atılan addımları, uğurlu örnəkləri və həmçinin prioritet və planları müzakirə etdiyini bildirdi. Konfrans proqramı çərçivəsində Mərkəzin təşkil etdiyi sessiyaya böyük marağın olduğunu və bu vasitə ilə Mərkəzin birbaşa işlədiyi ölkələrin əlaqəli dövlət qurumları və gənclər nümayəndələri vasitəsilə məhsuldar müzakirələrin və təcrübə bölüşməsinin keçirildiyini vurğulayan E.Mehdiyev konfransın ümumi işində də Azərbaycan heyətinin aktiv iştirakını qeyd etdi. O, həmçinin bildirdi ki, konfransın açılışında və bağlanışında çıxışçılar tərəfindən ev sahibi ölkə ilə yanaşı yalnız Azərbaycanın adı qeyd olunub və 2014-cü ildə Bakıda keçirilən Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forum 1998-ci ildən bu yana dünyada gənclərlə bağlı atılan ən mühüm addımlardan biri kimi qeyd olunub.

Xatırladaq ki, 1-cisi 1998-ci ildə hazırkı BMT Baş Katibi Antonio Gutierres Portuqaliya Baş Naziri olduğu zaman onun təşəbbüsü ilə Lissabonda keçirilən Gənclər Nazirlərinin Dünya Konfransı və Gənclər Forumu 21 il sonra yenə Lissabonda Antonio Gutierres BMT Baş Katibi olaraq iştirakı ilə keçirilib.
Xəbəri paylaş