Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmamoğlunun AKP üzərində qələbəsi ölkə siyasi sistemində yeni dəyişikliklərə gətirəcək



Newscenter.az.24.06.2019. Türkiyənin əsas meqapolisi olan İstanbulda keçirilən seçkilələrdə CHP-nin namizədi Əkrəm İmamoğlunun ikinci dəfə AKP üzərində qələbəsi ölkə siyasi sistemində yeni dəyişikliklərə gətirəcək. 2016-cı il 16 İyul hərbi çevriliş cəhdinddən sonra mövqelərini möhkəmləndirən prezident R, Tayyib Ərdoğan üçün İstanbul seçkisində məğlubiyyət gözlənilməz oldu. Bununla Türk cəmiyyəti AKP-nın son iki ildə apardığı siyasətə İstanbulda böyük çoxluqla etiraz etdi. Bu həm də MHP-nın mövqelərini zəifləməsinə gətirəcək.

İstanbul seçkiləri Azərbaycan üçün ona görə bu qədər maraq kəsb edri ki, Türkiyənin taleyi məhz İstanbulda müəyyən olunduğundan bizdə geniş ictimai fikrə səbəb olur. Çünki, Türkiyə qardaş ölkədir və buradakı sistem ölkəni demokratiyaya deyil, idarəetmədə totalitar üsullara əl atdığından demokratik türk cəmiyyətinin bizlər üçün mayaklığı zəifləyirdi. Bizlər Türkiyədə Atatürk ideyalarının arxa plana keçməsindən narahat idik.

Qeyd edim ki, Türkiyənin bələdiyyə başqanı Əkrəm İmaoğlu üçün AKP ilə işləmək çox çətin olacaq. Məclisdə böyük çoxluğa malik olan AKP verilən qərarlara qarşı çıxacaq. Buna baxmayaraq İstanbul əhalisi İmamoğlunu axıra qədər dəstəkləyəcək.

Bundan sonra ABŞ və Avropada Ə. İmamoğlunun böyük siyasətə gəlməsi üçün onunla görüşmələr reallaşdıracaq və növbəti prezident seçkilərində İmamoğlunun prezidentliyə namizədliyi irəli sürülə bilər. AKP atacağı siyasi və iqtisadi addımlr səmərə verməyəcək on altı ildən artıqdır davam edən AKP iqtidarı qürüba yaxınlaşır. Bunu böyük şəhərlərdə məğlubiyyətə uğraması deməyə əsas verir. Aparılan siyasət, PKK terror təşkilatı ilə danışıqlar və son seçkilərdə PKK lideri A. Öcalandan istifadə edilməsi AKP-nın Türk cəmiyyətinə vurduğu ən böyük zərbə oldu.

Türkiyə qardaş ölkədir və burada demokratiyanın möhtəşəm qələbəsi Azərbaycanın maraqlarına da cavab verir.
Tanrı Türkü qorusun!!

Məhəmməd Əsədullazadə, AXCP-nin sədr müavini, politoloq
Xəbəri paylaş