Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Gürcüstan məcburi strateji ortaqdırlar

Azərbaycan və Gürcüstan məcburi strateji ortaqdırlar


Newscenter.az.15.07.2019
. Azərbaycan-Gürcüstan münasibətlərinə (müsbət və mənfi mənada) təsir edən və etmə potensialı olan çoxlu amillər var.

Münasibətlər bütün bunlar nəzərə alınaraq təhlil edilməlidir. Mümkün qədər bütün addımlar dərin strategiyanın bir parçası kimi atılmalıdır.
Hər iki tərəfin həm daxildə, həm də xaricdə problemləri var. Azərbaycan da, Gürcüstan da mövcud problemlərinə yenisini əlavə etməmək strategiyası ilə hərəkət etməlidir (və göründüyü kimi belə hərəkət etməyə çalışırlar). Bu iki ölkənin yeni problem yaşaması, xüsusilə də bir-birləriylə problem yaşaması sadəcə bəzi xarici dövlətlərin marağına xidmət edir və mövcud problemlərinin həllini çətinləşdirir.

Bu iki ölkəni qarşı-qarşıya qoymaq istəyən ən azı bir neçə dövlət var ki, onların 3-ü bizim qonşumuzdur (amma sadəcə onlar deyil).
Azərbaycanla münaqişə vasitəsiylə Gürcüstanın itirdiyi daha böyük əraziləri ona unutdurmaq istəyirlər. Azərbaycanla münaqişə vasitəsiylə Gürcüstanın digər bəzi ərazilərinə (Cavaxetya və s.) iddiaları olanlar Gürcüstanı bir qədər də zəiflətmək istəyirlər.

Gürcüstanda gündəm Rusiya ilə gərginlik ikən bir anda Azərbaycanla münaqişəni əsas mövzuya çevirməyə çalışırlar. Elə məqamda elə nüans vasitəsiylə provokasiya etməyə çalışırlar ki, Azərbaycan sərt reaksiya versin, iki cəmiyyət qarşı-qarşıya gəlsin. Bu yolverilməzdir!
Azərbaycan və Gürcüstan məcburi strateji ortaqdırlar. İstəsələr də, istəməsələr də. Ortaq hədəflər, ortaq maraqlar və ortaq problemlər mövcuddur.
Hər iki tərəf maksimum diqqətli olmalıdır ki, pisniyyətli üçüncü tərəflər sevinməsin!
Araz Aslanlı, QAFSAM sədri
Xəbəri paylaş