Newscenter.az.17.07.2019. Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb.
Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19807 fiziki və hüquqi şəxsə sahib olduqları 426533 arı ailəsinə (pətəyə) görə 4265330 manat subsidiya ödənilməsi qərara alınıb.
İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlər və müvafiq sənədlərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.
Orxan