Newscenter.az.17.07.2019. Avropa Parlamenti, Avropa Komissiya rəhbəri olaraq Almaniyanın Müdafiə Naziri Ursula von der Leyeni seçdi.
Fransanın Strasburq şəhərində bir araya gələn Avropa Parlamenti keçirilən səsvermədə Avropa Komissiya rəhbəri olaraq von der Leyeni seçdi.
Bəs kimdir Ursula von der Leyen? Avropa komisyasına rəhbərliyi zamanı nələr baş verə bilər?
İstərdim bu sualara keçmədən öncə Avropa Komissiyası haqqında məlumat verim.Belə ki
Avropa Komissiyası - Avropa Birliyi siyasətilərinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. Birlik müqavilələrinin qoruyucusudur və Ədalət Divanı ilə birlikdə birlik hüququnun doğru tətbiq edilməsini təmin edir.
Beynəlxalq platformada və beynəlxalq müqavilələrin müzakirələrində, xüsusilə ticarət və əməkdaşlıq sahələrində Birliyi təmsil edir.
Göründüyü kimi Avropa Komissiyası Avropa siyasətində çox önəmli bir yerə sahibdir və bu komissiyanın rəhbəri von der Leyendir.
Əslən Belçikalı olan 61 yaşlı von der leyen Avropa Komissiyasının ilk qadın rəhbəridir.Siyasətə 43 yaşında başlayan və Almanyanında ilk qadın Müdafiə Naziri olan Leyen 2013 cü ildən bu vəzifədədir.Maraqlı bir məqam isə von der Leyenin Almaniya Kansleri Angela Merkelin partiyası olan Xristian Demokrat Partiyası üzvü olmasıdır
Leyenin rəhbərliyi dövründə biz nələri görə bilərik?
Birincisi von der Leyen Avropa Birliyi ölkələrinin başının bəlası halına gələn iqtisadi böhrandan çıxış yollarını istiqamətində əsaslı addımlar ata bilər.
İkincisi Avropa Birliyinin xarici siyasətdə yeni üzvlərin qəbulu əməkdaşlıqların qurulması və Avropa birliyinin Şərqə genişləmə siyasəti istiqamətində layihələr hazırlaya bilər.
Üçüncüsü von der Leyen Avropa Birliyi ölkələrinə kütləvi miqrant axınlarına qarşı sərt və əsaslı təkliflər irəli sürəcəyini gözləmək olar.
Dördüncü Avropa Birliyinin xarici siyasəti istiqamətində İran Türkiyə Rusiya kimi ölkələrə qarşı aparılan iqtisadi sanksiya siyasətin hazırki vəziyyət fonunda davam etirəcəy.
Beşinci isə von der Leyenin Avropa Birliyi ölkələrində geniş vüsət alan separatçı fəaliyyətlərlə qarşı əsaslı addımlar atacağını güman edirəm.
Turan Rzayev, "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti