Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Gürcüstan arasında strateji dostluq münasibətləri möhkəmdir



Newscenter.az.17.07.2019. Son günlər Azərbaycanla Gürcüstanın möhkəm tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin pozulmasına cəhd edən separatizm meyilli qüvvələrin fəallığı hiss olunmaqdadır. İki xalqın tarixin sınaqlarından çıxmış möhkəm dostluğuna xələl gətirmək, ədavət toxumu səpmək istəyən üçüncü qüvvələrin kənardan idarə olunması aşkardır.

İyulun 14-də Azərbaycan-Gürcüstan sərhəddində bir qrup şəxs tərəfindən törədilən hadisə açıq şəkildə planlı və təxribata cəhdin bir ssenarisi olduğunu təsdiqləyir. Bu hal Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakteri olmaqla yanaşı, ən həssas bölgə olan sərhəd naryadında törədilməklə ağır və kəskin cinayətlərin baş verməsinə qabaqcadan hesablanmış çirkin planın tərkib hissəsidir. Bu məsələdə Azərbaycan tərəfinin kifayət qədər təmkinli və soyuqqanlı olması, səbr nümayiş etdirməsi daha ağır proseslərin və gərginliyin qarşısını aldı. Azərbaycan dövlətini qınayanlar anlamalıdırlar ki, ücüncü qüvvələr məhz qan tökülməsinə, sərhəddə fəlakətlərin baş verməsinə çalışçırdı. Ancaq uzaqgörən və təmkinli davranışla Azərbaycan gərginliyi aradan qaldırdı.

Təbii ki, gürcü fəalların bu hərəkətlərinə haqq qazandırmaq olmaz. Azərbaycanın Gürcüstan hökumətinə, səfirliyə təqdim etdiyi bəyanatda da açıq şəkildə belə halların yolverilməz olduğunu, bu prosesdə vasitəyə çevrilən şəxslərin qanunmüvafiq qaydada cəzalandırılmasını tələb etdi. Belə halların təkrarlanmamasını xəbərdar etdi.

Rəsmi Tbilisi də baş verənlərdə ölkəsinin bəzi qüvvələrinin günahkar olmasını istisna etmədi, bu meyillərdən təəssüfləndiyini bəyan etdi. Birmənalı şəkildə etiraf edilməkdədir ki, 5-10 nəfər ünsürün təxribata cəhdləri gürcü xalqının maraq və mənafelərinə ziddir. Gürcü cəmiyyəti belə halları qəbul etmir.

Reallıq isə bundan ibarətdir ki, Azərbaycan və Gürcüstan arasında strateji dostluq yüksələn zirvədə öz möhkəmliyini qoruyub saxlayır. Heç bir qüvvə dövlətlərarası güclü əlaqələrı sarsıda bilməz.
Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş