Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

VİP AXH-dən ayrıldı



Newscenter.az.2.09.2019. Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in Azərbaycan Xalq Hərəkatında (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Newscenter.az xəbər verir ki, Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb.

Partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkən Əli Əliyev VİP nümayəndə heyətinin Türkiyəyə nəzərdə tutlan səfəri haqqında məlumat verib. O, partiyanın Bakıdakı diplomatik korpusla təmaslarının da artırıldığını qeyd edib.
Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri VİP sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər.

Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.
Cari məsələlərin müzakirəsindən sonra bir qrup VİP üzvünə yeni dizaynda partiya bileti təqdim olunub.
Xəbəri paylaş