Newscenter.az.6.09.2019. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskie Azərbaycana səfər edəcək.
“Report“un Fransa bürosu xəbər verir ki, səfər sentyabrın 11-12-si tarixlərində baş tutacaq.
Səfərdə məqsəd Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak etməkdir.