Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə, Göygöl və Samuxun qaz təchizatı dayandırılıb

Gəncə, Göygöl və Samuxun qaz təchizatı dayandırılıb


Newscenter.az.6.09.2019. Sentyabrın 6-da səhər saat 09:00-dan 18:00-dək aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

Bu barədə məlumat Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr yaranacaq. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.
Zaur
Xəbəri paylaş