Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reflyuks xəstəliyinin əsas əlamətləri hansılardır?


Newscenter.az.6.09.2019. Bir çox insanların dediyi reflyuks xəstəliyi modern dövürdə çox görülməkdədir. Bəs bu xəstəliyin əsas əlamətləri hansılardır?

Newscenter.az xəbər verir ki, Əsas əlamətləri bunlardır: Health Baku Medical Centerin Qastroenteroloqu- hepatoloq doktor Aysel Əskərova sözügedən xəstəliyin əlamətlərindən danışıb. O, bildirib ki, qıcqırma, epiqastriyada göynəmə və təzyiq hissi, udlaqda kəskin ağrılar, aşağı çənəyə , boyuna, sol çiyinə və qola ötürülen ağrılar və s. reflyuks xəstəliyinin əlamətlərindən hesab edilir:

"Reflyuksun dərəcəsinə görə insanlar həyatını şəkilləndirməlidir. Məs; fiziki yüklənmədən kənar olmalıdılar, qarın nahiyəsini kəmərlər, korset, bandajlarla sıxmamlıdırlar, stress faktorlari aradan götürülmelidir. Qidaların orqanizmə təsiri müxtəlifdir. Reflyuks xəstələri qida rasionlarına mütləq fikir verməlidirlər məs; kofe, çay, şəkər, şokolad , istiot və digər sərt ədviyyatlardan bir müddət uzaq durmalıdırlar".
Aysel Əskərova deyib ki, yuxarıda sadalanan şikayətləin olmasl ilkin diaqnozun qoyulması üçün əsas verir:

"Həkim sizə endoskopiya təklif edə bilər. Bununla həkim qida borusunda zədələnmənin olub-olmamasını müəyyən eder. Müalicə taktikası xəstəliyin şiddətinə görə təyin edilib aparılır. Vaxtında müayinə və müalicə hər kəs üçün ən optimal variantdır".
Xəbəri paylaş