Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Stankeviç dolayısı yolla etiraf edir ki, Rusiya Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll edilməsində maraqlı deyil



Newscenter.az.6.09.2019. “Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri olmuş, tarixçi və siyasətçi Sergey Stankeviçin "Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir" sözləri rusiyalı demokratların da imperialist təfəkkürə malik olduğunu göstərir. Əslində bu çox açıq və səmimi etirafdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Stankeviç dolayısı yolla etiraf edir ki, Rusiya Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll edilməsində maraqlı deyil:

“Əksinə, münaqişəni dondurmaq, status-kvo vəziyyətini davam etdirmək və bu problemi gələcək nəsillərə ötürmək hədəfləri özünü gizlətmir. Əlbəttə, Yeltsinin sabiq müşaviri bu məsələyə Rusiyanın maraqları çərçivəsindən yanaşdığı üçün belə deyib. Biz də ölkəmizin, millətimizin maraqlarından çıxış etməliyik. Biz imperialist güclərin Qarabağ məsələsinin həllini qəsdən uzatmaqlarına və bu problemin gələcək nəsillərə ötürülməsinə əsla yol verməməliyik”.
Xəbəri paylaş