Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp-Ruhani görüşü baş tutacaqmı?



Newscenter.az.6.09.2019. “BMT-nin 74-cü ssesiyasında ABŞ və İran prezidentlərinin görüşünü Fransa təşkil etməyə çalışır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ prezidenti D.Tramp belə bir görüşdə maraqlıdır: “Makron çalışır ki, İran rəhbərliyini də razı salsın. Prezident H. Ruhani Trampla görüşmək istəyir. Çünki, neft satışı kəskin azalıb və iqtisadi sanksiyalar ölkəni soisal xaosa sürükləyir. Ona görə də İranda islahatçılarla mühafizakarlar ABŞ- la dialoq məsləsində kəskin qarşıdurmadadılar. İslahatçılar ölkənin düşdüyü bu vəziyyətdən narahatdırlar”.

Politoloq deyib ki, Ruhaninin Trampla görüşünə Ali dini rəhbər Xamneyi icazə verməlidir:

“Rəsmi Paris Tehranla dialoq aparır və ABŞ-İran arasında münasibətlərin düzəlməsinə, Körfəzdə münaqişənin qarşısnı almağa çalışır. Trampla Ruhaninin görüşü BMT çərçivəsində baş tutarsa bu Trampın diplomatik qələbəsi olacaq. Bu görüş iki ölkə arasında gərginliyi azaltsa və İran neftinin satışına icazə verilsə də, münasibətlərin kəskin normallaşdırılmasına gətirməyəcək. Ümumiyyətlə İran Suriya, Yəmən və İraqdan çəkilməyincə, Vaşinqton Tehranın yaxasından əl çəkməyəcək”.

Məhəmməd Əsədullazadə hesab edir ki, İran öz aqressiyasından geri çəkilərsə, ABŞ -İran münasibətləri normallaşar və bu ölkəmizlə Tehran arasında sıx iqtisadi əlaqələrin inkişafına təkan verər: “Birgə layihələr həyata keçirməklə regionda əməkdaşlıq formatı uğurla davam edəcək”.
Xəbəri paylaş