Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ehtiyatlı olmalıyıq və düşmənin məkrli planını necə pozmağın yolları haqqında düşünməliyik



Newscenter.az.11.09.2019. İşğal altında olan Dağlıq Qarabağda separatçı erməni rejiminin yerli idarəetmə orqanlarına keçirilən "seçki"lər məhz Nikol Paşinyanın öncədən nəzərdə tutduğu ssenari üzrə baş tutdu.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, Paşinyan öncə Ermənistanı, sonra da işğal olunmuş torpaqlarımızda süni surətdə formalaşdırılmış "Dağlıq Qarabağ Respublika"sını "demokratikləşdirməyi" qarşısına məqsəd qoymuşdu:

"O bu məqsədinə də addım-addım nail olmaqdadır. Ötən bazar günü "DQR"-da keçirilən "seçkilər" də bunu təsdiqləyir. Paşinyan "DQR"-da demokratik dəyişikliklərə nail olmaq adıyla Qərbin gözünə kül üfürməyə və Ermənistanla Dağlıq Qarabağdan ibarət birgə "vahid demokratik məkan" formalaşdırmağa çalışır. Bu isə Dağlıq Qarabağın Azərbaycandan daha bir addım uzaqlaşdırılması anlamına gəlir. Ehtiyatlı olmalıyıq və düşmənin bu məkrli planını necə pozmağın yolları haqqında düşünməliyik".
Xəbəri paylaş