Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Boltonu nə üçün istefaya gööndərdi?



Newscenter.az.11.09.2019. ABŞ prezidenti öz "Qırğı" komandasından azad olmağa çalışır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, əvvəlcə Suriyada müharibənin qatı tərəfdarı olan müdafiə naziri "Quduz köpək" ləqəbli Mattisi vəzifədən azad etdi:

"Baxmayaraq ki, Mattis özü istefa verdiyini bəyan etmişdi. İndi isə, əsas xarici siyasət strategiyasını həyata keçirən Con Bolton istefaya göndərildi. Bu, o məqamda baş verdi ki, İranla ABŞ arasında Fransanın vasitəçiliyi ilə danışıqların aparılması müzakirə olunur. Göründüyü kimi Tramp gələn il seçkilərinə müharibə vəziyyətində getmək istəmir. Con Bolton qatı anti-İran tərəfdarı idi. İranın bombalanmasını və qəti şəkildə danışıqları rədd edirdi. Təbii ki, Tramp bununla razılaşa bilməzdi və öz siyasi reytinqini qorumaq üçün daha vacib olanı ataraq Yaxın Şərq siyasətində diplomatik danışıqlara üstünlük verdi".

Politoloq deyib ki, Bolton həm də anti-Türkiyə siyasətini həyata keçirirdi:

"Tramp artıq Türkiyə və İran siyasətində danışıqlara üstünlük verəcək. Vaşinqton heç də İrana qarşı sanksiyaları götürməyəcək. Amma, müharibə ehtimalı, elə ehtimal olaraq qalacaq. Prezident Tramp dövlət katibi Pompeonu da vəzifədən azad edə bilərdi. Amma, Pompeo Trampın dedikləri ilə razılaşdığı üçün vəzifəsini qoruyub saxlayacaq. Bolton Trampın İran siyasətinin dəyişməsi nəticəsində vəzifədən azad edildi".
Xəbəri paylaş