Newscenter.az.12.09.2019. “Fransa Minsk qrupunun həmsədri kimi Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını həyata keçirən ölkədir. Vasitəçi dövlət olaraq ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərinə parlamentarilərinin və rəsmilərinin səfərlərinin qarşısını almalıdır. Bununla ilk növbədə münaqişənin həllində işğalçı ölkəyə stimul verməməlidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə fransalı parlamentarilərin işğal altında olan ərazilərimizə səfər etməsinə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, bir neçə Fransa parlamenatirləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək burada qondarma rejimin nümayəndələri ilə görüş keçiriblər:
“Rəsmi Bakı Fransaya nota verməli, belə səfərlərin qarşısını almaq üçün Parisdən qətiyyətli bir siyasət ortaya qoymağını tələb etməlidir. Fransanın parlamentarilərinin Qarabağa qanunsuz səfərləri onsuz da qondarma rejimin tanınmasına gətirib çıxarmayacaq. Sadəcə, bu rəsmi Parisin problemə ikili standartlardan yanaşmasının nəticəsidir. İşğal olunmuş ərazilərə humanitar və qeyri-səfərlər təşkil edən ölkələrə qarşı rəsmi Bakı prinsipial olmalıdır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, üç həmsdr ölkənin parlamentariləri mütəmadi işğal olunmuş ərazilərə səfər edir:
“Azərbaycan üç həmsdr ölkədən belə səfərlərə imkan verilməməsini tələb etməlidir. Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini nazirliyə çağırıb öz etirazını bildirməlidir”.