Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında əməkdaşlıq müqaviləsi bağlanıb



Newscenter.az.12.09.2019. Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında görüş keçirilib. Görüşdə institutun direktoru Cavanşir Təlai taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri haqqında məlumat verib.

Newscenter.az xəbər verir ki, “Moran Agro” MMC-nin direktoru Elçin Emil rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı sahəsindəki fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verərək institutla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, tərəflərin razılığı ilə institutun 3 yumşaq buğda sortu müxtəlif gübrə normalarında nümayiş etdiriləcək, ictimaiyyətə açıq tarla platformasında digər fermerlər üçün tərəflər arasında razılaşdırılmış və təsdiqlənmiş tədbirlər planına uyğun elmi-praktiki seminarlar, tarla günləri və təlimlər təşkil olunacaq.

Orxan
Xəbəri paylaş