Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidmətindən yeni layihə



Newscenter.az.12.09.2019. Gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, fərdi inkişafına töhfə vermək və aktiv müzakirə mühiti yaratmaq məqsədilə Miqrasiya Könüllüləri “Gənclik İnkişaf Forumu” layihəsinə başlayır.

Newscenter.az-a Miqrasiya Xidmətindən bildirilib ki, layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaq. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumatlar almaq imkanı qazanacaq, forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.

Gənclik İnkişaf Forumunun ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovdur. Layihə çərçivəsində müzakirə ediləcək mövzu: “Fərdi inkişaf strategiyaları” olacaq. Görüş sentyabrın 22-də Dövlət Miqrasiya xidmətinin inzibati binasında təşkil olunacaq.

Azad
Xəbəri paylaş