Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu başa çatır



Newscenter.az.12.09.2019. Sentyabrın 13-də “Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun bağlanış mərasimi keçiriləcək.

Bu barədə məlumat Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 8 sentyabr tarixindən başlayaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunmuş təlim kursu gənc jurnalistlər, bloqerlər, aktiv sosial şəbəkə istifadəçiləri üçün nəzərdə tutulurdu.

Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacıkistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edir.
Kursun keçirilməsində məqsəd gənc jurnalistlərin, bloqerlərin, sosial şəbəkələrin fəal istifadəçilərinin sağlam həyat tərzi problemləri ilə bağlı maarifləndirməsi, rəqəmsal mediada və sosial şəbəkələrdə sağlam həyat tərzi təbliğatının aktuallaşdırılması, həmçinin müasir texnologiyalardan və media mənbələrindən istifadə edərək bu mövzunun daha geniş auditoriya arasında davamlı yayılmasının təmin edilməsindən ibarətdir.
Xəbəri paylaş