Newscenter.az.13.09.2019. Bakıda mağazadan 2000 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.