Newscenter.az.13.09.2019. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Newscenter.az-a DGK-dan bildirilib ki, HNBGI Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Doha-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşları nəzarətə götürülüb. Həmin şəxslər "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Daha sonra təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Bu zaman Pakistan Respublikası vətəndaşlarından, ümumilikdə 10 ədəd "İphone" markalı mobil telefonlar aşkarlanıb.
Araşdırma nəticəsində məlum olub ki, həmin vətəndaşlardan biri "İphone" markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədi ilə onunla birlikdə Doha-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.
Faktla bağlı araşdırma aparılır.
Zaur