Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni kartların alınmasında növbələr müşahidə edilmir



Newscenter.az.13.09.2019. Ötən həftə smart kart tipli sayğacların kartlarının verilməsi zamanı “ASAN Kommunal” mərkəzlərində müşahidə olunan abonent sıxlığı görülən operativ tədbirlər nəticəsində xeyli stabilləşib.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, artıq böyük növbələr qeydə alınmır. Əgər ötən həftə gün ərzində “ASAN Kommunal” mərkəzləri və “Azəriqaz” İstehsalat Birliyinin xidmət sahələrinə daxil olan 1500-dək müraciətin əksəriyyəti kartların alınması ilə bağlı olurdusa, hazırda gündəlik 1300-dək müraciətin cəmi 350-400-ü yeni kartların alınması barədədir.

Bir daha xatırladaq ki, bu həftə də Birliyin mühəndisləri Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində səhər saat 09:00-dan 18:00-dək həftənin 7 günü xidmətlərini davam etdirirlər. Bundan başqa bazar günü abonentlər “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24-də yerləşən inzibati binasına da müraciət edə bilərlər.

Zaur
Xəbəri paylaş