Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtidar mitinqdən qorxsaydı....



Newscenter.az.27.09.2019. İqtidar 28 sentyabr mitinqinə icazə verdi, lakin müxalifət razılaşmadı. Əlbəttə, Lökbatanda və ya şəhərdən kənar hər hansı bir qəsəbədə mitinq keçirməyə razılıq verməmək müxalifətin öz haqqıdır. Kimsə müxalifəti zorla Lökbatanda mitinq keçirməyə məcbur edə bilməz. Amma Əli Kərimlinin "açıq-aşkar Bakıda mitinq keçirməyimizdən qorxurlar" fikrini səsləndirməsi də yersizdir və absurddur.

İqtidar mitinqdən qorxsaydı nəinki Bakının mərkəzində, həmçinin istər Lökbatanda, istərsə də hər hansı bir başqa yaşayış məntəqəsində ümumiyyətlə mitinq keçirilməsinə icazə verməzdi. İqtidar mitinq üçün Lökbatanda yer ayırmaqla çox ustalıqla taktiki gediş etdi. Bunu müxalifətin gücünü müəyyən etmək, müxalifəti imtahana çəkmək və müxalifətin nəyə qadir olduğunu ayırd etmək kimi də qiymətləndirmək olardı. İqtidar müxalifəti test edirdi. Müxalifətsə bu imtahandan qalibiyyətlə çıxa bilmədi.

Müxalifət həmişəki kimi yenə də uduzdu. Və uduzacağını da yaxşı bildiyi üçün bəri başdan geri çəkilməyə, mitinqi təxirə salmağa üstünlük verdi. Çünki "Milli Şura"-AXCP cütlüyünün rəhbərləri özləri də yaxşı bilirlər ki, bu saat radikal müxalifət Qaradağ rayonunda izdihamlı mitinq keçirmək iqtidarında deyil. Kütləviliyi təmin etmək mümkün olmayacaq. Müxalifətin o boyda elektoratı, sosial bazası yoxdur. Odur ki, Lökbatanda mitinqin keçirilməsi qərarı ilə razılaşmaq müxalifətin öz qətlinə fərman verməsi kimi ağır bir sonluqla nəticələnə bilərdi. Məhz bu aqibətdən qurtulmaq üçün vəziyyətdən ən optimal çıxış yolu kimi Lökbatanda mitinq keçirmək variantından vaz keçildi. Top isə yenə də iqtidarda qaldı. Görünən budur ki, iqtidarın polittexnoloqları müxalifətin polittexnoloqlarından daha səriştəli işləyirlər.

Əlisahib Hüseynov, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri
Xəbəri paylaş