Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Nobel mükafatı ala bilərmi?



Newscenter.az.14.10.2019.
Bir neçə müddət öncə bu məsələ elə ABŞ prezidenti Donald Trump tərəfindən New Yorkda qatıldığı tədbirlərin birində səsləndirilmişdir. Trump Nobel sülh mükafatının düzgün verilmədiyini qeyd edərək, özünün prezidentlik müddətində etdiyi siyasi fəaliyyətlərlə bu mükafata layiq olduğunu qeyd etmişdir. Trumpın bu fikirləri səsləndirməyi əslində səbəbsiz deyil. Lakin belə bir sual ortaya çıxır Donald Tramp Nobel mükafatı ala bilərmi?

Bu suala cavab vermək üçün ilk öncə Donald Trumpın Nobel sülh mükafatını nə üçün istədiyi və bunun üçün nə etdiyinə nəzər salmaq lazımdır.

ABŞ tarixinə nəzər salsaq görə bilərik ki, keçmiş prezidentlərdən Theodore Roosevelt, Whoodrow Wilson, Jimmy Carter və ən son keçmiş prezident Barak Obama Nobel sülh mükafatına layiq görülüb. Maraqlı məqam isə bəhsi keçən prezidentlərin Nobel mükafatını ya prezident seçkiləri öncəsi, ya da hakimiyyətlərinin sonları əldə etmələridir. Bu baxımdan deyə bilərəm ki, Trump da xələflərindən geri qalmaq istəmir.

Əslində Trump Nobel mükafatı almaq istəyirmi? Sualı özlüyündə Trump yenidən prezident olmaq istəyirmi? Sualını da ortaya qoyur.

Heç kəsə sirr deyl ki, Donald Trump ABŞ konqresi ilə bir çox qərarlarda fikir ayrılığı yaşayır. Hətta Trumpın konqreslə bu dənli problem yaşaması onun əleyhinə kompaniyaların başlamasına gətirib çıxarıb. Bu baxımdan Trumpun yenidən prezident seçilməyi olduqca çətinləşir.
Vəziyyətin çətinliyi Trump və respublikaçıları seçkilərin seyrinə təsir etmək və ABŞ ictimaiyyətində müsbət imic formlaşdırmaq üçün Trumpun Nobel mükafatı almasını zəruri edir. Bu zamanda başqa bir sual ortaya çıxır.
Trump hansı səbəblərdən Nobel mükafatı ala bilər?

1.ABŞ Şimali Koreya yaxınlaşması.

Trumpın prezidentlik müddəti zamanı etiraf etmək lazımdır ki, ABŞ Şimali Koreya münasibətlərində nisbi də olsa istiləşmə müşayiət olunmaqdadır. Ən azından Şimali Koreyanın balistik və qitələr arası raket sınaqları əvvəlki illərə nəzərən səngidi və iki tərəf arası diplomatik münasibətlər formalaşdı. Hər nə qədər ilk başda müsbət qarşılanmasa da Şimali və Cənubi Koreya arası diplomatik münasibətlər də quruldu.

2.Qütsü İsrailin paytaxtı olaraq tanınması.

Hər nəqədər bu məsələ regionda gərginlik artırsa da istər ABŞ da istərsə də, dünya yəhudiləri tərəfindən müsbət addım kimi qiymətləndirildi.

3. İranla artan gərginlik...

Obama hakimiyyəti zamanından onsuzda gərginləşən ABŞ, İran münasibətləri Trump zamanında da artmağa davam etdi. Lakin bir məqam var ki, son zamanlar pik həddə çatan İran ABŞ münasibətləri Trumpa konqres arasındakı ən gərgin fikir ayrılıqlarından sayılır. Yəni, Trump konqresin məsələni bu dənli gərginləşməsinin tərəfdarı deyil.

4. ABŞ qoşunlarının Suriyadan çıxarılması.

Son zamanların bəlkə də, ən sensasion qərarı ABŞ ordusunun Suriyadan çıxması və Türkiyənin Fərat çayının şərqində hərbi əməliyyatlara başlaması oldu. Əslində, ABŞ-ın Suriyada geri addım atması heç də təsadüfi deyil. Qarşıdan gələn prezident seçkiləri ABŞ siyasətini müəyyən mənada içə yönəltməyə vadar edir. Məhz bu səbəbdən Trumpun son zamanlar Twitter hesabından sülh çağrışı evə dönüş və s. kimi bəyanatları ABŞ qoşunlarının Suriyadan çıxmasını öz nailiyyəti kimi göstərməyə yönəlib. Nəticə etibarilə, ABŞ qoşunlarının Suriyadan çıxarılması istər Türkiyə istərəsə də, ABŞ ictimaiyyətində Trumpın imicinə olduqca müsbət təsir göstərdi.

Donald Trump bu və ya başqa səbəbdən Nobel sülh mükafatını istəyir. Heç kəsə sirr deyil ki, dünya üzərində yaranan münaqişələr yenə onu yaradan qüvvələr tərəfindən sonlandırıla bilər. Bu baxımdan ABŞ prezidentinin nobel mükafatı alması hec də qeyri-adi deyil. Yuxarıda qeyd etdiyim bir çox keçmiş prezidentlər buna nail olublar. Niyə Donald Trump da bu mükafata layiq olmasın?
Onsuz da Trump hər cəhətilə istər maraqlı istərsə də, çılğın bir şəxsiyyətdir. Yəni onun Nobel mükafatı alması hər nə qədər çılğın səslənəsə də, qeyri-real deyil.

Turan Rzayev-"Atlas" Araşdırmalar Mərkəzinin üzvü, politoloq
Xəbəri paylaş