Newscenter.az.15.10.2019. 15 oktyabr 2019-cu il tarixində Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının idarə rəisi cənab Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Newscenter.az xəbər verir ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan Türkiyə nümayəndə heyətinin üzvləri ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Aydan