Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz"da istehsalat müşavirəsi keçirilib



Newscenter.az.13.11.2019. “Azəriqaz” İstehsalat Birliyində rəhbər heyət, eləcə də struktura daxil olan departament, şöbə və idarələrin rəhbər işçilərinin iştirakı ilə geniş istehsalat müşavirəsi keçirilib.

Newscenter.az xəbər verir ki, Birliyin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, 2019-cu il üçün nəzərdə tutulan işlərin əksəriyyəti tamamlanmaq üzrədir. Xüsusən də bu il ərzində qazlaşdırılacaq 92 yaşayış məntəqəsi və yaşayış massivində işlər yekunlaşmaqdadır və ardıcıl olaraq qaz açılışları təmin edilir. Bundan başqa baş direktor bütün struktur bölmələrin qarşısında konkret tapşırıqlar qoyub: “Abonent “Azəriqaz” İB-nin üzləşdiyi texniki problemlərdən əziyyət çəkməməlidir. Biz bu işləri elə icra etməliyik ki, vaxtında səmərəsi olsun və normal, texniki rejimlərə uyğun qaz təchizatı həyata keçirilsin”.

R.Əliyev kollegiya iclasında bir daha müvafiq qurumlar, o cümlədən regional idarələrə qısa müddət ərzində işlərində hiss ediləcək dərəcədə dönüş yaratmalarını tapşırıb. Eyni zamanda şikayətlərin vaxtında və operativ araşdırılması, sayğacların yoxlanışı prosesində abonentlərin iştirakına diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Azəriqaz” İB-də bu cür istehsalat müşavirələrinin hər ay keçirilməsi qərara alınıb.

Zaur
Xəbəri paylaş