Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHI



Newscenter.az.14.11.2019. Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb.

“Report”un Avropa bürosu xəbər verir ki, Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,

2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,

3. Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü,

5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,

6. Rəşad Məmmədov - Mehdi Xəlilbəylinin sürücüsü,

7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü

Qeyd edək ki, ötən gün Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.

Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çox sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar, eyni zamanda ümumilikdə 21 min avro nağd pul maddi sübut kimi götürülüb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını 3 min və 10 min avro qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər.

Həbs edilənlərdən Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

2003-cü ildə Azərbaycandan gedərək Almaniyadan sığınacaq alan M.Xəlilbəyli isə ötən illər ərzində qanunsuz "miqrant alveri" ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olub.
Xəbəri paylaş