Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır


Newscenter.az.15.11.2019. 2019-cu ilin üçüncü rübünün nəticələrinə görə, DDoS hücumlarının sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 32%, bu ilin ikinci rübü ilə müqayisədə isə 30% artıb. Bu nəticəyə “Kaspersky” şirkəti “Kaspersky DDoS Protection” həllinin fəaliyyətini təhlil edərkən gəlib.

Newscenter.az xəbər verir ki, rübün ən pik göstəricisi sentyabr ayında olub - 30 gün ərzində bütün DDoS rübluk hücumlarının 53%-i qeydə alınlb. Sentyabr hücumlarının 60% təhsil sektoru ilə əlaqəli mənbələrə, yəni, elektron gündəliklər, təhsil müəssisələrinin veb saytlarına yönəldilib. Səbəb isə aydındır - şagirdlər məktəbə qayıdıb və çox güman ki, hücumları da onlar təşkil edib.

DDoS “həvəskarlarının” 2019-cu ilin üçüncü rübündə aktivləşməsi, son üç ay ərzində texniki cəhətdən daha mürəkkəb və daha çox ixtiraçılıq tələb edən “ağıllı” hücumların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

“İl ərzində ilk dəfə olaraq, üçüncü rübdə “ağıllı" hücumların artımını müşahidə etmədik, hətta əksinə, onların ümumi sayının azaldığını gördük. Bir tərəfdən bunun səbəbi müsbət ola bilər, məsələn DDoS bazarının kifayət qədər doyması və artıq artmaması. Ötən illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, dördüncü rübdə bütün göstəricilərdə artım qeydə alınacaq, həm ümumi, həm də "ağıllı" hücumların sayında, çünki ilin sonu kommersiya fəaliyyətinin eləcə də, kriminal fəaliyyətin aktivləşməsinə səbəb olan tətil mövsümüdür”, - bunu “Kaspersky DDoS Protection”ın Rusiyada inkişafı üzrə meneceri Aleksey Kiselyov deyib.

Ümumiyyətlə, 2019-cu ilin üçüncü rübü nisbətən sakit keçdi, yüksəlişlər və enişlər yalnız iyul ayında müşahidə edildi. Ən yüksək göstərici iyulun 22-si oldu. Həmin gün DDoS hücumlarının sayı 457-yə çatmışdır. Cəmi 65 hücumun qeydə alındığı ən sakit gün avqust ayının 11-i oldu. DDoS baxımından ən təhlükəsiz bazar günləri sayılır (həmin gün hücumların 11% qeydə alınıb). Hücumların statistik əksəriyyəti bazar ertəsi baş verib (18%). Nəhayət, son rübün ən uzunmüddətli hücumu 279 saat (11,6 gün) davam edib və Çin provayderinə qarşı yönəldilib.

2019-cu ilin üçüncü rübündə DDoS hücumlarının inkişaf tendensiyaları haqqında “Kaspersky”nin hesabatında tanış ola bilərsiniz:
https://securelist.ru/ddos-report-q3-2019/94981/


Aydan
Xəbəri paylaş