Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra hakimiyyətinin başçısı şəhid analarını qəbul edib



Newscenter.az.27.11.2019. Yevlax şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev şəhid analarını qəbul edib.

Newscenter.az-a İcra Hakimiyyətindən daxil olan məlumata görə, görüş zamanı Anar Tağıyev Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, həmin ailələrin ailə məişət problemlərini həll etmək üçün atılan addımlardan danışıb. İcra hakimiyyətinin başçısı Yevlax şəhərində şəhid ailələrinin problemlərinin həlli üçün atılmış addımlarla kifayətlənilməyəcəyini bildirib, qarşıdakı müddətdə atılacaq addımlardan bəhs etmişdir.

Şəhid Anası Nərgiz Mahmudova şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür edib. O, şəhid olmuş övladının adına küçə, yaxud meydan verilməsini, nəvəsinin işlə təmin olunmasını xahiş edib. Anar Tağıyev şəhidin adına küçə verilməsinin İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ olmadığını, amma buna baxmayaraq aidiyyatı instansiyalar qarşısında məsələ qaldırılacağını deyib. Nəvəsininn iş məsələsinin həlli istiqamətində isə şəhər rəhbəri müvafiq qurumlara tapşırıq verib.

Daha sonra şəhid anası Bənizə İbrahimova bildirib ki, nəvəsi Lənkəran rayonunda müəllimə işləyir, dərs saatı azdır. İcra hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, əvvəla nəvəsi Yevlaxda yox, başqa şəhərdə işləyir. Digər tərəfdən məktəbdə dərs bölgüsü məsələsi Təhsil Nazirliyinin səlahiyyətinə aiddir. Noyabrın 28-də təhsil naziri Yevlax şəhərində vətəndaşların qəbulunu həyata keçirəcək və tövsiyyə olunur ki, şəhid anası həmin qəbulda iştirak etsin. Bənizə İbrahimova icra hakimiyyəti başçısına səmimi qəbula görə təşəkkür edib.
Sonda hər iki şəhid anası bir daha Prezident İlham Əliyevə ölkəmizdəki sabitlik və inkişafa görə təşəkkürlərini bildiriblər.

Xosrov
Xəbəri paylaş