Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il 30 vaqon istismara verilib



Newscenter.az.27.02.2020. 2019-cu il İstismara 30 vaqon (6 qatar) yeni nəsil 81-765.B/766.B tipli qatar tərkibləri verilib.

Bu barədə məlumat Newscenter.az-a “Bakı Metropoliteni”ndən verilib. Qeyd edilib ki, lokomotiv parkında istismar müddətini başa vurmaq üzrə olan vaqonların yeniləri ilə əvəzlənməsi istiqamətində ən mühüm addımlar mütəmadi olaraq atılıb. 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonların istehsalı barədə ötən il Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb. 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq. Müqaviləyə görə il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində Bakı metropoliteni vaqon istehsalçılarından 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi alacaq.

"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. 2019-cu ildə parkı yeniləşdirən vaqonların sayı 3 dəfə artıb. Bununla da metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.
Xəbəri paylaş