Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakim partiya fəalından Prezidentə təşəkkür məktubu

Hakim partiya fəalından Prezidentə təşəkkür məktubu



Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin fortepiano şöbəsinin müdiri, YAP Yevlax rayon təşkilatının fəalı, Yevlax sakini Bayramlı Zülfiyyə Qiyas qızı tərəfindən təşəkkür məktubu ünvanlanıb. Newscenter.az xəbər verir ki, məktubda qeyd olunur:

Möhtərəm Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev, Sizi ürəkdən salamlayıram.
Sizin peşəkar rəhbərliyiniz altında düşmənin terror-təxribat aktlarına cavab olaraq 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü ildə baş tutan antiterror tədbirləri zamanı Ermənistan təcavüzkarlarının işğalçılıq siyasətinə son qoyuldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam şəkildə təmin olundu. Vətənini və dövlətini sevən hər bir azərbaycanlı kimi mən də öz dövlətimlə, dövlətimizin güclü başçısı ilə qürur duyuram.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın maraqları naminə olan müdrik siyasəti uğurla davam etdirdiyiniz üçün Sizə minnətdarıq. Çünki Azərbaycan bu gün bütün sahələr üzrə böyük inkişaf yolunda uğurla addımlayır. Mən mədəniyyət sahəsinin işçisi olaraq, həmçinin YAP Yevlax rayon təşkilatının könüllü fəalı kimi böyük iftixar hissi keçirirəm ki, Sizin düzgün və məqsədyönlü siyasətinizin təbliğ olunması istiqamətində şərəfli və məsuliyyətli fəaliyyət göstərirəm. Prezidentlik fəaliyyətiniz dövründə Siz daim sosial, iqtisadi, humanitar, təhsil, səhiyyə və ölkəmizdəki digər sahələrə xüsusi diqqət və qayğı ilə yanaşmısınız. Bu gün ali rəhbərliyiniz ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də mədəniyyət sahəsinin inkişafı, maddi və mədəni irsimizin layiqincə qorunması məsələsidir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Siz həmin müdrik ənənəyə sadiq qalaraq, xalqımızın firavan yaşayışını və mədəniyyət sahəsinin inkişafını layiqincə təmin edirsiz.
Mən bu gün musiqi sahəsində(fortepiano) çoxsaylı Azərbaycan gənclərinin musiqi təhsili alması, həmçinin onların mədəniyyətimizi sevməsi, qoruması, təbliğ etməsi və milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunda yetişdirilməsi naminə Sizin siyasətinizə uyğun olaraq böyük təşəbbüs göstərir, üzərimə düşən vəzifəni layiqincə icra etməyə çalışıram.

Xüsusilə qeyd etmək istəyirəm ki, mədəniyyət sahəsində işçilərin attestasiyadan keçirilməsi, məhz qüdrətli dövlətimizin bu sektorda peşəkarlığı artırmaq və idarəetməni müasirləşdirmək strategiyasının mühüm tərkib hissəsidir. Mən 16 fevral 2026-cı il tarixdə Bakı Xoreqrafiya Akademiyasında çalışdığım musiqi sahəsi üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanında iştirak etdim və bir daha əmin oldum ki, attestasiya prosesi nazirlik tərəfindən şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilir. Mən yüksək nəticə ilə attestasiya imtahanını uğurla keçdim. Siz qeyd edirsiz ki, şəffaflıq olmadan heç bir islahat apara bilmərik və ölkə nə iqtisadi, nə də siyasi cəhətdən sürətlə inkişaf edə bilməz.

Möhtərəm Prezidentimiz, attestasiya prosesindəki şəffaflıq və obyektivlik Sizin dövlət idarəçiliyində apardığınız köklü islahatlar siyasətinin birbaşa nəticəsidir. Mədəniyyət sahəsinə olan böyük diqqət və qayğınıza, həmçinin Azərbaycan Respublikasının hərtərəfli inkişafına görə Sizə ürəkdən təşəkkür edir, Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram.
Xəbəri paylaş